Menu

Sinirlioğlu Soçidən “sinirli” qayıdıb – “Suriya dialoqu” baş tutmadı

18.09.2015, 16:41
Sinirlioğlu Soçidən “sinirli” qayıdıb – “Suriya dialoqu” baş tutmadı

Ötən gün Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşən Türkiyə XİN başçısı Feridun Sinirlioğlu Ankarada keçirdiyi mətbuat konfransında sərt bəyanatlar verib.

AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sinirlioğlu vurğulayıb ki, Suriya beynəlxalq ictimaiyyətin prioritet mövzularından biridir. Bununla yanaşı bu ölkənin Türkiyə ilə 911 kilometrlik sərhədlərinin olması onun Ankara üçün əhəmiyyətini daha da artırır:

“Suriyanın içində olduğu xaos son 4-5 ildir Türkiyənin milli təhlükəsizliyi üçün birbaşa təhdid daşıyır. Rusiyanın hadisələr və bu xaos barəsində fərqli dəyərləndirmələri var. Lakin Suriyanın bu durumda qalmasının hamımızı narahat edən məsələ olduğu ilə bağlı da ortaq fikirdəyik. Suriyadakı xaos mühitinin yaratdığı təhlükəsizlik problemi, terror təşkilatlarının bu mühitdən yararlanaraq güc qazanması hamımız üçün təhdiddir. Əsədin Suriyada sabitliyi yenidən bərpa etmək qabiliyyətinin olmadığı açıq-aydın ortadadadır”.

Bəşər Əsədlə bağlı Türkiyənin mövqeyinin bəlli olduğunu, Rusiyanın isə məsələyə fərqli yanaşdığını deyən Sinirlioğlu əlavə edib ki, Suriya xalqını bu çətin vəziyyətdən xilas etmək üçün hər kəs siyasi həll yoluna üstünlük verməlidir.

AzPolitika

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol