Menu

PKK-nın böyük itkisi

19.09.2015, 02:06

Terror qruplaşmasına aid 1 ton partlayıcı ələ keçirilib

Türkiyənin Tunceli vilayətinin Ovacık bölgəsində PKK terror qruplaşmasını zərərsiz vəziyyətə gətirmək üçün 3 gün davam edən əməliyyatlardan sonra 1 ton “Anfo” bombası ələ keçirlib .

ANS PRESS-in məlumatına görə, Ovacık bölgəsinin Aslıca və Otlubahçe kəndləri arasında 3 gün əvvəl PKK terror qruplaşmasının mövqe tutması aşkar ediləndən sonra bölgəyə döyüş təyyarələri tərəfindən atəş açılıb. Daha sonra "Kobra" helikopterinin atəş açdığı bölgəyə "Sikorsky" helikopterləri ilə xüsusi polis dəstəsi hadisə yerində endirildi. Atışmadan xilas olmaq istəyən PKK terror qruplaşması mühasirəyə alınıb.

Xüsusi polis dəstəsi

Baş verən qarşıdurmadan sonra meşəlik sahədə yanğınlar baş verib. Yanğının güclü olması səbəbindən həmin ərazidə axarışlar aparmaq mümkünsüz olduğu bildirilib. Yanğın əvvəlcədən hazır vəziyyətə gətirilmiş yanğınsöndürən helikopter tərəfindən söndürülüb. Bundan sonra ərazidə axtarış tədbirləri həyata keçirilib.

3 gün davam edən axtarışlardan sonra təşkilata aid çox sayda anbar və sığınacaq məhv edilib. Anbarlarda "Anfo" maddəsi ilə hazırlanmış 1 ton partlayıcı ələ keçirildi. Mina axtarış detektorları və mütəxəssis itlərin aşkar edə bilmədiyi "Anfo" bombaları digər patlayıcılara nisbətən 4 qat güclüdür. Sığınacaqlarda ayrıca çox sayda silah, güllə, əldəqayırma partlayıcılar da tapılıb.

axtarış tədbirləri

Tunceli valiliyindən verilən məlumata görə, hazırda əməliyyat bölgəsində axtarış nəticəsində öldürülən PKK üzvlərinin sayı və ələ keçən materialların miqdarı dəqiqləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol