Menu

Qaçqınlarla dolu qatar saxlanıldı, xorvat polisləri tərksilah olundu - VİDEO

19.09.2015, 02:20
Qaçqınlarla dolu qatar saxlanıldı, xorvat polisləri tərksilah olundu - VİDEO

Xorvatiyadan miqrantları daşıyan qatar Macarıstanda saxlanılıb. AzPolitika.info-nun “Reuters”ə istinadən verdiyi məlumata görə, qatarın dəmiryolçu heyəti həbs, qatardakı 40 xorvat polisi isə tərksilah olunub.

Hadisənin əlavə detalları araşdırılır.

Xatırladaq ki, Macarıstan hakimiyyəti hətta öz ərazisindən keçib Almaniyaya getmək üçün belə miqrantları ölkəyə buraxmır. Serbiyadan sonra Xorvatiya ilə sərhədlərində divar tikmək qərarı alan Macarıstanın bu addımı Avropa İttifaqı liderləri, eləcə də qonşu Xorvatiya tərəfindən qınaqla qarşılanıb.

Qaçqınları çoxu Almaniyaya getməyə çalışır, bu ölkə ilə həmsərhəd olmayan Xorvatiyanın baş naziri Zoran Milanoviç cümə günü verdiyi açıqlamasında bildirib ki, daha çox qaçqını qeydiyyata alıb yerləşdirə bilməz, ona görə də B planına – yəni, onları avtobuslarla başqa ölkələrin, o cümlədən Macarıstanın sərhədlərinə yönəldəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol