Meksikada həbs edilən “Barbi” ləqəbli narkobaron Edqar Valdesə məxsus təsərrüfatda gizlicə basdırılan 10 meyit aşkarlanıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, polisdən verilən məlumata görə, həmin ərazi Kuatla şəhəri ilə Ayala şəhərləri arasındadır.
Narkobaron Valdes 2010-cu ilin avqust ayında sifətinin ağ və gözlərinin mavi olmasına görə “Barbi” ləqəbini alıb. O, xüsusi rejimli “Altiplano” həbsxanasında saxlanılır.


Şərhlər