Menu

NATO Cənub-Şərqi Avropada yeni qərargahlar qurur

19.09.2015, 15:59

natoAzPolitika.info-nun Dunyabulteni.net-ə istinadən verdiyi məlumata görə, Şimali Atlantika alyansı Slovakiya və Macarıstanda iki yeni qərargah yaradacaq.

8 oktyabrda Brüsseldə keçiriləcək NATO müdafiə nazirləri toplantısında, yeni qərargah planları qiymətləndirilərək qərar veriləcək.

Rusiya ilə yaşanan gərginlik səbəbiylə NATO bütün Avropadakı hərbi gücünü artırmağa çalışır. Bu ilin əvvəlində Estoniya, Latviya, Litva, Polşa, Bolqarıstan və Rumıniyada yeni qərargahları qurma qərarı alınmışdı. Önümüzdəki il iyul ayına qədər bu qərargahlarla bağlı işlərin tamamlanacağı bildirilir

Yeni qurulan qərargahları, sürətli müdaxilə birliklərinin planlaşdırma və koordinasiya mərkəzləri olaraqfəaliyyət göstərəcək. Ayrıca, Krımı beynəlxalq hüquna zidd olaraq işğal edən və Ukraynanın şərqindəki separatçı xadimləri dəstəkləyən Rusiyaya qarşı bir mesaj xüsusiyyəti də daşıyır. Başda Litva olmaqla Şərq və Cənub-Şərqi Avropa ölkələri də Rusiya tərəfindən işğal edilmək narahatlığı yaşayırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol