Oktyabrın 6-da hərraca çıxarılacaq avtomobillərin siyahısı açıqlanıb.
Axar.az-ın xəbərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi hərraca ümumilikdə 7 avtomobil çıxaracaq. 2005-ci il istehsalı olan “Volksvagen Passat” 7565 manatdan, 2007-ci il istehsalı olan 3 ədəd “Nissan Maksima” 7449 manatdan hərracda olacaq.
2006-ci il istehsalı olan “KİA Magentis-Optima” 7168, 2006-ci il istehsalı olan “Şevrolet Lasetti” 3415, 2003-cü il istehsalı olan KAMAZ 4570 manatdan başlayan qiymətlərlə hərraca çıxarılacaq.


Şərhlər