Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQAME) qurumun rəhbəri Yukiya Amanonun bu gün Tehrana gedəcəyini təsdiqləyib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, qurum rəhbəri bazar günü burada İranın rəsmi şəxsləri ilə danışıqlar aparacaq.
Məlumata görə, söhbət Tehranın keçmişdəki nüvə proqramının bəzi hərbi aspektlərinin aydınlaşdırılması üzrə Amano və İranın atom enerjisi naziri Əli Əkbər Salehi arasında imzalanmış “Yol xəritəsi”nin həyata keçiruilməsində əməkdaşlıqdan gedir.
Vyanadakı yüksək çinli diplomatik mənbə onu da istisna eləməyib ki, MAQATE başçısı səfər çərçivəsində Parçindəki hərbi obyektə də baş çəkəcək. MAQATE Tehrandan çoxdan bu obyektə giriş tələb edir.


Şərhlər