Menu

Mingəçevirdə bina yandı

20.09.2015, 12:19
Mingəçevirdə bina yandı

Mingəçevir şəhərində güclü yanğın baş verib.Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hər mərtəbəsi 600 kv.m olan yeddimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın dam örtüyünün qalan hissəsi və 7-ci mərtəbədə yerləşən otaqlar yanğından mühafizə olunmuşdur.

Yanğın saat 06:45-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol