Almaniyada növbəti dəfə qaçqınlar üçün sığınacaqda yanğın baş verib. AzPolitika.info-nun “Bild”ə istinadən verdiyi məlumata görə, Verteym şəhərində qaçqınlar üçün hazırlanan binada yanğın zamanı heç kim yaşamırdı.
Polisin məlumatına görə, yanğının qəsdən törədildiyinə dair sübutlar aşkarlanıb.
Hadisə nəticəsində binaya böyük zərər vurulduğu deyilir. Hazırda polis yanğını törədənləri axtarır.


Şərhlər