"Ağlım və vicdanımla qərarlar qəbul edirəm. Heç bir zaman səhv bir işə qol qoymamışam." Axar.az xəbər verir ki, bunu MHP-nin əfsanəvi lideri Alparslan Türkeşin oğlu haqqında səslənən ittihamlara cavabında bəyan edib. Toğrul Türkeş Baş nazir Əhməd Davudoğlunun köməkçisi olmaq təklifini qəbul etməsinin ardınca iqtidarda olan AKP-dən millət vəkilliyinə namizədliyini irəli sürüb. MHP Türkeşin oğlunun bu addımını xəyanət adlandırıb. Baş nazir köməkçisi isə səhv bir yolda olmadığını qeyd edib: “Quru sözlə siyasət olmur. Mənim bir qırmızı xəttim var və nə edəcəyimi bilirəm. Bu günədək heç bir səhv qərarım olmayıb”.
T.Türkeş millət vəkili seçiləcəyinə də inandığını vurğulayıb. Qeyd edək ki, Türkiyədə müvəqqəti hökumət qurulub. Noyabrın 1-də keçiriləcək təkrar parlament seçkilərinə qədər ölkəni keçid hökuməti idarə edəcək. MHP və CHP keçid hökumətində təmsil olunmaqdan imtina edib. Türkeşin bu qərarı isə türk millətçiləri tərəfindən kəsin şəkildə qınanıb.


Şərhlər