Menu

Türkiyə sahillərində miqrant daşıyan qayıq gəmi ilə toqquşdu

20.09.2015, 18:57
Türkiyə sahillərində miqrant daşıyan qayıq gəmi ilə toqquşdu

Türkiyə sahillərində miqrantları daşıyan qayığın gəmi ilə toqquşması nəticəsində 13 nəfər həyatını itirib.Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Məlumatına əsasən, qayıq Çanaqqala limanından Yunan adası Lesbosa doğru hərəkət edirdi. Gəmidə ümumilikdə 46 nəfər olub, onlardan 13-ü ölüb, 20 nəfər xilas olunub, qalan 13 nəfər isə itkin düşüb.

Qeyd edək ki, ölənlərin arasında 4 nəfər uşaq olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol