Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənin qərbində husi üsyançıların mövqelərinə hava zərbələri endirib. Musavat.com "İnterfaks"a istinadən xəbər verir ki, zərbələr nəticəsində 11 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
İbb əyalətində üsyançıların nəzarətində olan cəzaçəkmə müəssisəinin binası da uçub. Orada saxlanılan 300-ə yaxın məhkumdan bir neçəsi qaçmağa müvəffəq olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası bu il martın 26-dan husilərin nəzarətində olan ərazilərə zərbələr endirir.


Şərhlər