Menu

Qadın donuna girən kişi agent ölü tapıldı - FOTO

21.09.2015, 13:21
Qadın donuna girən kişi agent ölü tapıldı - FOTO

Britaniyanın qadın donuna girən kişi agenti ölü tapıldı

2010-cu ildə Londondakı mənzilində ölü tapılan Britaniya xüsusi xidmət əməkdaşının ölümünə dair yeni iddialar irəli sürülüb.

AzPolitika.info-nun “The İndependent”ə istinadən verdiyi məlumata görə, məhkəmə-tippi ekspertizası onun xüsusi tapşırıqla qadın donuna girdiyi və məhz bu əməliyyatla bağlı da öldürüldüyü fikrindədir.

Müstəntiq Peter Fraudinq ilk əvvəl yayılan intihar açıqlamasına (kənardan mənzilə müdaxilə izi olmadığına görə) aydınlıq gətirmək üçün,Qaret Villiyamsın ölü tapıldığı çantaya girməyə və özünü çantada bağlamağa 400 dəfə cəhd edib.

Onun seks oyunları zamanı öldüyü də variantlardan biri kimi qeyd olunur.

Villiyamsın uşaqlıq illərindən rəfiqəsi olan Sian Lloyd-Cons mətbuata açıqlamasında bildirib ki, mətbuatda gördüyü adamla realda tanıdığı "insanlar" bir-birinə bənzəmir.

Tənha həyat sürdüyü deyilən Villiyamsın ölümündən bir neçə həftə əvvəl sabiq ABŞ prezidenti Bill Klintonun kompyuterini "qırdığı" da bəzi KİV-lərdə yazılıb. Bu versiyanın ardınca, ehtimallar yaranıb ki, MI6-da "kodsındıran" çalışan bu şəxs məhz qurumu "qəzəbləndirdiyinə görə öldürülüb.

Mənzildə 15 min funt-sterlinq dəyərində qadın paltarları kosmetika və sarışın qadın pariki aşkarlanıb.

Ehtimal olunur ki, həmin şəxs qoruma altında işləyib və qadın donuna da buna görə girirdi.

Qonşuların ifadəsinə görə, onlar mənzildə məhz qadının yaşadığını hesab edirdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol