Menu

Rusiya Suriyaya 2000 hərbçi göndərir – Yeni iddia

22.09.2015, 12:55
Rusiya Suriyaya 2000 hərbçi göndərir – Yeni iddia

Rusiya Suriyanın Latakiya şəhərində tikməyə başladığı hərbi bazaya 2 min hərbçi göndərəcək.

Modern.az Böyük Britaniyanın “Financial Times” qəzetinə istinadla xəbər verir ki, ilk mərhələdə hərbi bazanın təhlükəsizliyi üçün qırıcı təyyarələr və “yer-göy” tipli raket kompeksləri yerləşdiriləcək.

Bununla yanaşı, 1700 rusiyalı hərbçinin yerləşdiyi Tarsusdakı hərbi dəniz bazasına da silah-sursat və yeni kontingentin göndəriləcəyi bildirilir.

Bundan əvvəl ABŞ kəşfiyyatı Latakiyadakı Rusiya hərbi bazasında 28 qırıcı və bombardmançı təyyarənin yerləşdirildiyini sübut edən fotolar yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol