Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Moskvada rusiyalı həmkarıyla görüşündə Suriya, İŞİD, Ukrayna və “Türk axını” barədə danışacağı gözlənilir.
AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyada Moskva Mərkəz Məscidinin açılışına qatılacaq Ərdoğan daha sonra Rusiya prezidenti Vladimir Putin ilə bir araya gələcək.
Ərdoğan-Putin görüşündə dörd məsələnin yer alacağı bildirilir. Lakin Suriya məsələsinin müzakirələrdə üstünlük təşkil edəcəyi ehtimal olunur.
Hakimiyyətdəki mənbələrdən bildirilir ki, 2016-cı ilin sonunda açılması planlaşdırılan “Türk aıxnı” üzrə danışıqların dayandırıldığı və başlanğıc tarixinin təxirə salınması bu istiqamətdə müzakirələrin vacibliyini labüd edib.
Həmçinin Rusiyanın Suriya ilə hərbi-texniki əməkdaşlığın həcmini artırmağı və ora hərbçi göndərməyi ilə bağlı olaraq, Ərdoğan tərəfindən bu məsələdə narahatlığın dilə gətiriləcəyi gözlənilir.
Ərdoğan Suriya-Türkiyə sərhədində “təhlükəsiz bölgə” yaradılmasını gündəmə gətirəcək, İŞİD-ə qarşı mübarizə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayacaq.
Ukrayna və Krım tatarları da danışıqlarda mühüm müzakirə mövzularından biri olacaq.
Rüfət


Şərhlər