Menu

Mer rüşvətə görə həbs olundu

22.09.2015, 18:08
Mer rüşvətə görə həbs olundu

Estoniya təhlükəsizlik polisi Tallin şəhərinin meri Edqar Savisaarı saxlayıb. APA-nın “delfi” agentliyinə istinadən verdiyi məlumata görə, E. Savisaar rüşvət almaqda günahlandırılır.

İttihama əsasən E. Savisaar 2014-2015-ci illərdə öz xeyrinə mülk və imtiyaz şəklində, 3-cü bir şəxsin adına isə ümumilikdə bir neçə yüz min miqdarında rüşvət alıb. Ondan başqa, işdə kömək, vasitəçilik etdiyi üçün Estoniyanın bir neçə vətəndaşının da adı çəkilir. Onların arasında “Rand & Tuulberg” tikinti şirkətinin rəhbəri Ayvar Tuulberq də var.

Qeyd edək ki, 65 yaşlı Edqar Savisaar Tallin şəhərinin meri vəzifəsini 2007-ci ildən icra edir. O, ölkədə Rusiyayönümlü siyasətçi kimi tanınır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol