Menu

“İŞİD – Rusiyaya ən ciddi təhlükədir”- Nikolay Bordyuja

23.09.2015, 00:11
“İŞİD – Rusiyaya ən ciddi təhlükədir”- Nikolay Bordyuja

İŞİD terror qruplaşması Rusiya ərazisinə ciddi təhlükədir. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, belə bir açıqlama ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja çıxış edib.

“İŞİD – bütün dövlətləri hədələyən mütləq şərdir. Onun sıralarında bütün Avropa dövlətlərinin, Rusiyanın, KTMT ölkələrinin təmsilçiləri döyüşür və onlar bütün ağır nəticələri ilə birgə gec-tez harasa qayıdacaqlar” – qeyd edib Bordyuja.

Onun sözlərinə görə, ən təhlükəlisi odur ki, İŞİD əsas məqsəd kimi öz qarşısına nüfuzunu genişləndirmək və yeni əraziləri zəbt eləmək hədəfi qoyub. “Bu, o deməkdir ki, gec-tez İŞİD silahlıları ölkəmizin sərhədlərinə çıxmağa çalışacaqlar - nəyi ki, bəlli səbəblərdən biz qətiyyən arzulamırıq. Situasiya fikrimcə, çox ciddidir” - əlavə edib baş katib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol