Menu

​Bakının əksər küçələrində tıxac var

23.09.2015, 09:38
​Bakının əksər küçələrində tıxac var

Əsas yollarda nəqliyyatın ləng hərəkəti qeydə alınıb

Bu gün səhər saatlarında Bakı şəhərinin əksər küçələrində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, Koroğlu Rəhimov küçəsi, Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti ( 20 Yanvar dairəsi istiqamətində), Afiyəddin Cəlilov küçəsi, habelə Həsən Əliyev küçəsi (Tbilisi pr-ti ilə kəsişmə istiqamətində) və Azadlıq prospektində (Binəqədi rayonu istiqamətində) nəqliyyat vasitələrinin hərəkətində ləngimə qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol