Menu

Torpaqların özbaşına tutulmasına görə cəza aradan qaldırılır

23.09.2015, 12:27
Torpaqların özbaşına tutulmasına görə cəza aradan qaldırılır

Azərbaycanda meşə fondu torpaqlarının özbaşına tutulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəza aradan qaldırılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan 70-ci maddə ləğv olunur.

Maddədə deyilir: "Meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan qanunsuz istifadə edilməsinə görə fiziki şəxslər 700 manatdan 1000 manata qədər, vəzifəli şəxslər 3 500 manatdan 5 000 manata qədər, hüquqi şəxslər isə 6 500 manatdan 8 000 manata qədər cərimələnir".

Maddənin ləğvi ilə bağlı layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol