Almaniyada nüvə bombalarının yerləşdiriləcəyi halda, Rusiya cavab tədbirləri görəcək.
AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov bildirib.
Bundan əvvəl ZDF televiziyası xəbər vermişdiki, ABŞ Almaniyada B61-12 yeni tip nüvə bombalarını yerləşdirməyə hazırlaşır.
“Əlbəttə bu, Avropada strateji balansın pozulmasına gətirib çıxara bilər. Buna görə də, şübhəsiz ki, Rusiyadan müvafiq cavab addımları, paritetin bərpası üçün tədbirlər tələb olunur”, - deyə Peskov qeyd edib.
O vurğulayıb ki, cavab addımları Rusiyanın milli təhlükəsizliyini təmin etmək məqsədi ilə atılacaq.


Şərhlər