Menu

Şərqi Avropa ölkələri Avropa İttifaqının planından imtina etdilər!

23.09.2015, 17:54

miqrantiXarici KİV-in məlumatına görə, Şərqi Avropa ölkələri miqrant qəbulu üzrə Avropa İttifaqının (Aİ) planının icrasından imtina ediblər. Bu məzmunda bəyanatla Çexiya və Slovakiyanın nümayəndələri çıxış ediblər («Exo Moskvı»).

Slovakiyanın baş naziri Robert Fitso bəyan edib ki, tezliklə «diktata boyun əyməkdənsə, qəbul olunmuş qaydaları pozmağa» hazırdır. O, qeyd edib ki, plana qarşı çıxış edəcək və Aİ-nın miqrant probleminə həsr olunmuş, sentyabrın 23-də keçirilən fövqəladə sammitində «qızğın debat»lar gözləyir. Baş nazir əlavə edib ki, digər dövlətlərlə, o cümlədən, Çexiya ilə qarşılıqlı əlaqə şəraitində işləyəcək və miqrant qəbulu üzrə kvota sisteminin tətbiqindən yayınmağa çalışacaq: «Sistem işləməyəcək, kvota üzrə planı Slovakiyaya qəbul etdirə bilməyəcəklər» - deyə, «Financial Times» Slovakiyanın daxili işlər naziri Robert Kalinyakın yerli televiyaya verdiyi müsahibədən sitat gətirir.

Praqada da Aİ-nın planından narazıdırlar. Çexiyanın baş naziri Boquslav Sobotka əmin edib ki, çərşənbə günü sammitdə planın qəbulunu pozmağa çalışacaq.

Sobotka hesab edir ki, kvotanın tətbiqi barədə qərarın qəbulu - hazırda miqrantların əsas hərəkət istiqaməti olan ölkələrin əhalisinə yönəlik populist addımdır. Çexiyanın prezidenti Miloş Zeman da öz növbəsində, ümid etdiyini bildirib ki, baş nazir bir gün bundan əvvəl Aİ ölkələri daxili işlər nazirlərinin qəbul etmiş olduğu bu qərarın ləğvinə nail olacaq.

Qaçqınların qəbulu üzrə məcburi kvotanın tətbiqi barədə plan Aİ ölkələri daxili işlər nazirləri tərəfindən sentyabrın 22-də qəbul olunub. Kvotalar, ölkələr arasında iqtisadiyyatın həcminə, ölkə əhalisinin sayına və digər parametrlərə uyğun olaraq bölünəcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol