Ukrayna KİV-nin məlumatına görə, hüquq-mühafizə orqanlarında aparılan islahatların gedişində ölkənin hətta kiçik şəhər və kəndlərində belə, sahə milislərini şeriflər əvəz edəcək. Bu barədə hökumətin Poltava şəhərində keçirilən iclasında Ukraynanın baş naziri Arseniy Yatsenyuk bəyan edib (Rosbalt).
«Nazirlik Ukraynanın nəinki böyük şəhərlərinin, hətta kiçik şəhər və kəndlərinin küçələrinə belə, polis çıxaracaq. Onlar, sahə müvəkkillərinin yerinə çıxarılacaq sahə şerifləri olacaqlar - necə deyərlər, Ukrayna şerifləri» - deyə, «depo.ua» baş nazirdən sitat gətirir.
Yatsenyuk qeyd edib ki, şeriflər öz ərazilərində hər ailəni, hər evi tanıyacaqlar.
Xatırladaq ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov hələ bir ay bundan əvvəl elan edib ki, oktyabrın 1-dən başlayaraq, sahə milisləri dəyişdiriləcək. Hüquq-mühafizə orqanlarında gələcək islahatlar üçün 140 milyon qriven (6,5 milyon dollar) vəsait ayrılacaq.
AzPolitika.info


Şərhlər