Menu

Nusra Cəbhəsi "əl-Qaida"nın Suriya qanadına sadiqdir

24.09.2015, 13:09
Nusra Cəbhəsi "əl-Qaida"nın Suriya qanadına sadiqdir

Suriyada 1500 çeçen, özbək, tacik döyüşçü "al-Qaida"nın Suriya qanadı – Nusra Cəbhəsinə sadiq olduqlarını bildiriblər. Bu barədə Suriyada müharibəni monitorinq edən Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı sentyabrın 23-də xəbər yayıb.

Jaish al-Muhajireen wal-Ansar-ın (Muhajireen briqadası) bəyanatını tərəfdarları onlayn paylaşıb.

Bu, Nusra Cəbhəsinin İŞİD silahlı qruplaşmasına qarşı möhkəmləndiyini göstərir.

İki qruplaşma hazırda Suriyanın şimalındakı Hələb şəhərinə nəzarət uğrunda savaşır.

Nusra Cəbhəsi Osama bin Ladenin varislərinə sadiqdir. Nusra və İD Suriya ordusuna qarşı vuruşan əsas qüvvələrdir.

Qruplaşmalar 2013-cü ildən bəri bir-birilə savaşa başlayıb. Belə ki, liderləri hakimiyyəti paylaşa bilməyib.

Nusra lideri iyunda bildirib ki, 30 faizi xarici döyüşçülərdir. Onlar avropalılar, asiyalılar, rusiyalılar və çeçenlərdən ibarətdir ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol