Menu

YAP-dan eks-deputatın addımına reaksiya: “Diqqətdən kənarda qalmayacaq”

24.09.2015, 14:12
YAP-dan eks-deputatın addımına reaksiya: “Diqqətdən kənarda qalmayacaq”

“Biz müsahibələrimizdə dəfələrlə bəyan etmişik ki, partiyanın qərarından kənar kim namizədliyini irəli sürəcəksə, həmin şəxs partiya ilə bir yerdə addımlaya bilməz”.

Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov keçmiş deputat Əhəd Əhmədovun 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini verməsinə münasibət bildirərkən deyib.

İcra katibinin sözlərinə görə bu məsələ diqqətdən kənarda qalmayacaq.

“O baxımdan da rayon təşkilatı bununla bağlı öz sözünü deyəcək. Həmçinin, bizim təşkilatda da bu məsələyə baxılacaq”.

Sabiq YAP-çı deputat Əhəd Əhmədov 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol