Menu

Serbiyalıların Xorvatiyaya girişi qadağan edilib

24.09.2015, 14:40
Serbiyalıların Xorvatiyaya girişi qadağan edilib

Serbiya vətəndaşlarının, eləcə də bu ölkədə qeydiyyatda olan avtomobillərin Xorvatiyaya girişi qadağan edilib.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

"Serbiya pasportlarının sahibləri və bu ölkədə qeydiyyatda olan maşınların Xorvatiyaya girişi uyğun qərar çıxanadək qadağandır", - Xorvatiyanın Bayakovo Keçid-Buraxılış Məntəqəsindəki polis əməkdaşı bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Serbiya dövlət nömrə nişanı olan yük maşınlarının Xorvatiyaya girişi yasaqlanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol