Menu

Ərdoğan ABŞ-a etiraz etdi: “PYD də, YPG də...” - VİDEO

24.09.2015, 15:29
Ərdoğan ABŞ-a etiraz etdi: “PYD də, YPG də...” - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamentinin PYD və YPG təşkilatları ilə bağlı açıqlamasını sərt şəkildə tənqid edib.

AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan bayram namazından sonra jurnalistlərə bildirib ki, ABŞ-ın bu mövqeyi ilə qəti razı deyil.

“Bunu başdan bəri deyirəm, PYD və YPG – bunların hamısı bizə görə terror təşkilatıdır. Amerika bu işdə bədəl ödəmir. Bədəl ödəyən bizik. PYD-nin, YPG-nin etdiklərini bilən bizik. Dolayısı ilə, bu səhv baxışı, yalnış yanaşmanı yenə də təkrarlayacaqlarını düşünürəm”, - deyə prezident vurğulayıb.

O, terrorçularda ABŞ silahlarının olmasından da narahatlığını qeyd edib: “Biz bu terror təşkilatlarının əlində onların silahlarını gördüyümüz zamanda ciddi şəkildə narahat oluruq. Eyni zamanda NATO-da bərabərik. Belə dəyərləndirmə etdiyimiz zaman bu atılan addımlar həqiqətən üzücüdür. Elə düşünürəm ki, hörmətli baş nazir BMT Baş Assambleyasında Obama və digər tərəfdaşlarla görüşəcək. Orada bu məsələləri də bir-bir işləyəcəklər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol