Menu

“Mənə bəzən “çar” deyirlər...” - PUTİN

24.09.2015, 22:09
“Mənə bəzən “çar” deyirlər...” - PUTİN

Rusiya prezidenti Vladimir Putin ona bəzən “çar” deyildiyini bildirib.

Virtualaz.org saytı “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin bu barədə CBS telekanalına müsahibəsində məlumat verib.

Rusiya prezidenti bildirib ki, amma “çar” ləqəbi ona o qədər də yaraşmır.

“Belədir də. Məni bəzən müxtəlif ləqəblərlə çağırırlar” - deyə Putin “60 minutes” proqramının aparıcısının “bəziləri sizi çar adlandırır” replikasına cavab verib.

Rusiya prezidenti bu ləqəbin ona heç də yaraşmadığını da xüsusi vurğulayıb: “Səni necə adlandırmaqları o qədər də vacib deyil. Əsas odur ki, sən özün necə düşünürsən, öz ölkən üçün nə etməli olduğun haqda fikirləşirsən”.

Putin aparıcının ABŞ-da onun barəsində çox danışılması barədəki replikasına isə belə münasibət bildirib: “Hamısı bekarçılıqdandır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol