Menu

Bakıda 5 gün əvvəl özünü yandıran qız öldü

04.02.2014, 11:30
Bakıda 5 gün əvvəl özünü yandıran qız öldü

Bakıda 5 gün əvvəl özünü yandıran 24 yaşlı qız vəfat edib. Bu barədə APA-ya Səbail rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, Məlakə Bayramlı bu gün səhər saatlarında aldığı yanıq xəsarətlərindən vəfat edib.

O, yanvarın 30-da Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək özünü yandırmaqla intihara cəhd edib. Lənkəran şəhərində qeydiyyatda olan Bayramlı yanıq xəsarətləri ilə 5 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

İntihara səbəb qızın sevgilisi tərəfindən aldadılmasıdır.

Fakt üzrə Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Həmin iş üzrə cinayəti törətməkdə şübhəli bilinən Əli Həbibli artıq saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol