Menu

Əli Xamenei Səudiyyə Ərəbistanını günahlandırdı

25.09.2015, 09:47
Əli Xamenei Səudiyyə Ərəbistanını günahlandırdı

İranın ali dini lideri Əli Xamenei Məkkədə Qurban Bayramı günü baş vermiş faciəyə görə Səudiyyə Ərəbistanının hakimiyyətini günahlandırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

“Səudiyyə Ərəbistanı hökuməti bu faciəli insidentə görə məsuliyyəti öz üzərinə götürməlidir... Faciəyə səbəb qeyri-səmərəli və bədəməl hərəkətlər olub”, deyə ayətullahın bəyanatında bildirilir.

Qeyd edək ki, ötən gün Məkkə yaxınlığında izdiham nəticəsində 717 zəvvar ölüb, 900-dək insan xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol