Menu

Hər 10 nəfərdən bir rusiyalı ərzaq kartı ala biləcək

25.09.2015, 12:26
Hər 10 nəfərdən bir rusiyalı ərzaq kartı ala biləcək

Rusiya KİV-nin məlumatına görə, Rusiya Federasiyası sənaye nazirinin müavini Viktor Yevtuxov bəyan edib ki, yaxın vaxtlarda hər 10 nəfərdən bir rusiyalı ərzaq kartı ala biləcək («Exo Moskvı»).

Onun sözlərinə görə, hazırda bu sahədə xarici dövlətlərin oxşar proqramları öyrənilir. Rusiya analoqu üçün 240 milyard rubl vəsait lazım gələcək.

Nazir müavini qeyd edib ki, hər bir nəfərin xüsusi elektron kartına müəyyən vəsait köçürüləcək. Qidalanma rasionunun yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar həmin kartlarla müəyyən malları ticarət mərkəzlərindən ala biləcəklər.

Proqramın İkinci iərhələsində kafe və yeməkxanalarda sosial qidalanma sistemi tətbiq olunacaq.

Yevtuxov əlavə edib ki, ərzaq kartı ilə yalnız Rusiyada istehsal edilmiş məhsulları almaq mümkün olacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol