Menu

Merkeldən yardım sözü - Hər qaçqına 670 avro

25.09.2015, 18:28
Merkeldən yardım sözü - Hər qaçqına 670 avro

Almaniya qaçqın problemini çözdü

Almaniya baş naziri Angela Merkel Almaniyaya sığınan mühacirlərlə bağlı verilən qərarı açıqlayıb. Qərara əsasən, Almaniya federal hökuməti hər qaçqına 670 avro məbləğində yardım edəcək. Merkel açıqlayıb ki, Almaniya əraizisinə ümumən 800 min qaçqın sığınıb.

Müəyyən olunan 670 avro isə həmin şəxsə müraciət etdiyi gündən müraciətin son gününə qədər verilməkdə davam edəcək. Bundan başqa, federal hökumət əyalət hökumətlərinə mühacirlər üçün inşa ediləcək sığınma evləri üçün 500 milyon avro və yanında valideyni, böyüyü olmayan, 18 yaşından kiçik mühacirlər üçün də 350 avroluq yardım veriləcəyini açıqlayıb.

Merkelin açıqladığı bu yardım paketi isə ümumi vəziyyəti düzəldəcək. Belə ki, qaçqınların müraciət müddəti və onların sayı məsələsində ortaya çıxacaq risklər azalır. Hər şey “alman dəqiqliyi” ilə hesablandığı üçün Almaniyanın bu böhranı rahat adladacağı gözlənilir. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol