Ukrayna prezidenti Petro Poroşenko ötən ay Rusiyada həbsə məhkum edilmiş ukraynalı rejissor Oleq Sentsovvə Aleksandr Kolçenkonu mükafatlandırıb.ANS PRESS-in məlumatına görə, ölkə başçısı hər iki şəxsi medalla təltif edib.
Bu gün Petro Poroşenkonun mətbuat xidməti ukraynalı rejissor Oleq Sentsov və Oleksandr Kolçenkonun 1-ci dərəcəli igidlik ordeninə layiq görüldüyü barədə məlumat yayıb. Rusiya məhkəməsi avqustun 25-də Sentsovu 20, Kolçenkonu isə 10 il azadlıqdan məhrum edib. Rusiya höküməti onları Krımda terror aktları törətməyə hazırlaşmaqda ittiham edir.
Əslən Krımdan olan 39 yaşlı Sentsov 2014-cü ildə yarımadanın Rusiya tərəfindən ilhaq edilməsinə qarşıdır. Oleq Sentsov keçən ilin mayında Krımda saxlanılıb. Rejissor 2011-ci ildə çəkdiyi "Gamer" filminə görə tanınıb. Hər iki şəxs Krımın ilhaqından sonra Simferopolda yerləşən rusiyatəmayüllü “Krımın rus icması” və “Vahid Rusiya” partiyasının ofislərinə od vurmaqda ittiham edilirlər. Maydan hərəkatının fəal iştirakçıları olan müttəhimlər prosesin siyasi motivli olduğunu deyirlər. Sentsov işgəncə nəticəsində etiraf ifadəsinə məcbur oldunduğunu bildirib. Sentsov və Kolçenko onlara qarşı olan ittihamı rədd edir və məsələnin siyasi motivli olduğunu bildirirlər.
Ukrayna prezidenti Petro Poroşenkonun qərarı.
Böyük Britaniya ukraynalı rejissor Oleq Sentsov və fəal Aleksandr Kolçenkonun məhkum olunması barədə Rusiya hərbi məhkəməsinin qərarını "siyasi motivli" hesab edir. Bu barədə Avropa işləri üzrə Britaniya naziri David Lidington bildirib. Məhkəmə qərarını Ukrayna prezidenti Petro Poroşenko da pisləyib.
Rusiyanın Şimali Qafqaz dairəsi üzrə hərbi məhkəməsi "terrorçuluq qrupunu yaratmaqda" təqsirkar tanıdığı ukraynalı rejissor Oleq Sentsova 20 il həbs cəzası kəsib.
Oleq Sentsov və Aleksandr Kolçenko.
"Mən sizdən heçnə istəməyəcəm, hamıya hər şey aydındır. İşğalçıların məhkəməsi mahiyyətinə görə ədalətli ola bilməz", - Oleq Sentsov son sözündə deyib.
Hüquq müdafiəçiləri Oleq Sentsov və Aleksandr Kolçenkonu siyasi məhbus hesab edirlər. Kiyev ölkənin müxtəlif bölgələrində Rusiya hüquq-mühafizə orqanları tərəfindən "yaxalanmış Ukrayna vətəndaşlarının" azad edilməsini tələb edir.
Andrzej Wajda, Krzysztof Zanussi və Pedro Almodóvar da daxil olmaqla bir sıra məşhur rejissor Rusiya hakimiyyətinə ünvanlanmış məktubda Sentsovun azad olunmasına səsləyir. Sentsovu Vladimir Putinə yaxın əlaqələrilə tanınan və Krımın ilhaqını dəstəkləmiş məşhur rusiyalı rejissor Nikita Mixalkov da dəstəkləyib.
Nikita Mixalkov - məşhur rusiyalı rejissor.
Beynalxalq aləm onları Putinin girovu adlandırır. Onlardan biri polis zabiti, biri rejissor, üçüncüsü isə pilotdur. Bu üç nəfər öz ölkəsindən oğurlanıb və ədalətsiz olaraq xarici dövlətin – Rusiyanın məhbəsinə atılıb. Vladimir Putinin saxladığı girovlarla tanış olun - Kreml liderinin beynəlxalq qanun, hüquq və normalara cihadının qurbanları: iki kişi və bir qadın.


Şərhlər