ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri olan Donald Tramp Rusiyanın Suriyada sərbəst hərəkət etməsinə imkan verməyə çağırıb. Musavat.coim-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə “The Washington Post” yazıb.
“Siz bilirsiniz ki, Rusiya İŞİD-lə məşğul olmaq istəyir, düzdümü? Biz də İŞİD-lə məşğul olmaq istəyirik. Bəlkə biz onlara imkan verək bunu eləsinlər? İmkan verin eləsinlər”, – deyə Oklahomadakı çıxışı zamanı Tramp bildirib.
Onun sözlərinə görə, prezident yarışında öz partiyasından olan rəqibləri “Suriyaya görə üçüncü dünya müharibəsini alovlandırmaq istəyirlər”.
Trampı tez-tez öz xarici siyasət mövqeyinin detallarını açıqlamamaqda qınayırlar. Budəfəki çıxışı zamanı o, bunu “məqsədli şəkildə etdiyini” söyləyib. “Özünün strateji xarici siyasət planlarını açıq şəkildə bəyan eləmək ağılsızlıqdır” - əlavə edib respublikaçı namizəd.


Şərhlər