Menu

Məkkədə ölənlərin sayı 769 nəfərə çatdı

26.09.2015, 21:57
Məkkədə ölənlərin sayı 769 nəfərə çatdı

Mina dağında sentyabrın 24-də baş vermiş izdiham nəticəsində ölənlərin sayı 769 nəfərə çatıb, xəsarət alanların isə sayı 934 nəfər təşkil edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Ölənlər və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.Xatırladaq ki, faciə iki böyük zəvvar axınının toqquşması nəticəsində baş verib. Səudiyyə Ərəbistanı rəsmi qurumları bəyan ediblər ki, faciəyə səbəb zəvvarların müəyyən edilmiş qaydalara riayət etməməsi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol