Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünyalarını dəyişmiş ailə üzvlərini ziyarət edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
Ərdoğan İstanbul Böyükşəhər Bələdiyəsini ziyarət etdikdən sonra, Üsküdarda yerləşən Karacaahmet məzarlığına gəlib. Burada anasının, atasının, qaynatasının və qaynanasının məzarını ziyarət edib. Böyüklərini məzarı başında yad edən Türkiyə lideri, daha sonra uşaqlara oyuncaq da paylayıb.
Məzarlıq girişindəki gül satandan bir dəstə gül alan Ərdoğan, balaca bir qıza da cib xərcliyi verib. Vətəndaşlarla salamlaşıb vaxt keçirən prezident, bir müddət sonra məzarlığı tərk edib


Şərhlər