Menu

Rusiya yeni dəmir yolu xətti tikir - Ukraynadan yan keçməklə

27.09.2015, 10:07
Rusiya yeni dəmir yolu xətti tikir - Ukraynadan yan keçməklə

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Ukraynadan yan keçməklə, yeni dəmir yolu xətti çəkir. Rusiya dəmir yolu idarəsində bu xətti strateji layihə adlandırırlar («Exo Moskvı»).

Hazırda yolun ikinci sahəsinin tikintisi gedir. Rusiya dəmir yolu idarəsi bildirir ki, tikintini 2 il müddətinə başa çatdırmaq nəzərdə tutulub, ancaq bu müddət qısaldıla da bilər. İdarədən verilən xəbərə görə, strateji əhəmiyyətli bu yolun uzunluğu 120 kilometr olacaq. Yol boyu, Juravkidən Millerovoya qədər 7 stansiyanın və 5 yarımstansiyanın tikilməsi nəzərdə tutulub.

Yolun tikintisinə ümumilikdə 50 milyard rubl vəsaitin xərclənəcəyi planlaşdırılıb. Hökumət artıq bu məbləği təsdiqləyib. Tikintiyə Rusiya dəmir yolu idarəsinin 100 faizli törəmə müəssisəsi olan «Rosjelstroy»un bölmələri və müdafiə nazirliyinin dəmir yolu hərbi hissələri cəlb olunub.

Bu yol Ukraynadan yan keçməklə, həm sərnişin, həm də yük daşımalarını təmin edəcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol