Türkiyədə PKK terrorçuları ilə əsgərlər arasında atışma baş verib. Musavat.com-un məlumatına görə, atışma nəticəsində 2 əsgər yaralanıb. Hadisə Şırnak vilayətinin Beytüşebap rayonunun Ayvalık kəndində baş verib.
Ərazidə axtarışa çıxan əsgərlər PKK-çıların hücumuna məruz qalıb. Yaralı əsgərlər Şırnak xəstəxanasına aparılıb. Onların vəziyyətinin normal olduğu, müalicələrinin davam etdiyi bildirilir.
Qeyd edək ki, Ayvalık kəndi PKK-çıların ən çox gizləndikləri yerlərdən biridir.


Şərhlər