Menu

Sergey Lavrov Minsk Qrupu həmsədrləri ilə görüşüb

28.09.2015, 09:19

lavrov-2501_1426935588.jpg.600x450_q85Həmsədrlər Sergey Lavrova Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarla bağlı məlumat veriblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında iştirak edən S. Lavrov həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) qəbul edib. Görüşə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatılıb.

Həmsədrlər S. Lavrova Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarla bağlı məlumat veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol