Menu

Putinin mətbuat katibi vəfat etdi

28.09.2015, 10:57
Putinin mətbuat katibi vəfat etdi

Rusiya prezidentinin işlər üzrə idarəsinin mətbuat katibi Viktor Xrekov vəfat edib.

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, Xrekov əməliyyat olunsa da, onun səhhəti yaxşılaşmayıb və mətbuat katibi bu gün səhər saatlarında vəfat edib.

Viktor Xrekov 1954-cü il iyulun 24-də anadan olub. 1976-1992-ci illərdə “TASS” informasiya agentliyində müxtəlif vəzifələr tutub.

O, 1999-cu ildən prezidentin işlər üzrə idarəsinin mətbuat katibi idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol