Menu

7 saylı Cəzaçəkmə Müəssisəsində kütləvi dava – Xəsarət alanlar var

28.09.2015, 11:40
7 saylı Cəzaçəkmə Müəssisəsində kütləvi dava – Xəsarət alanlar var

Bakıdakı cəzaçəkmə müəssisələrindən birində məhbuslar arasında kütləvi dava düşüb.

Bu barədə “Report”a Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Belə ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində 27 yaşlı məhbus Cavanşir Nəcəfov 41 yaşlı məhbus Teymur Ağayevi döyərək ona ağır bədən xəsarətləri yetirib. Davaya digər məhbuslar da qarışıb. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol