Menu

Tanınmış ilahiyyatçı Vergilər Nazirliyini məhkəməyə verib

28.09.2015, 11:52
Tanınmış ilahiyyatçı Vergilər Nazirliyini məhkəməyə verib

“Media Təqib Mərkəzi” MMC-nin rəhbəri Elşad Miri Vergilər Nazirliyini məhkəməyə verib. Səbəb nazirliyin “Media Təqib Mərkəzi” MMC-yə qeyri-qanuni cərimə tətbiq etməsi olub.

Bu barədə “a24.az”a açıqlama verən E.Miri deyib ki, rəhbərlik etdiyi qurum qanunsuz olaraq cərimələnib: “Ötən həftə Vergilər Nazirliyinə qarşı iddia ərizəmə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxıldı. Hakim Əhmədov Fəqanın rəhbərliyi ilə iclas keçirildi. İclas zamanı məlum oldu ki, Vergilər Nazirliyinin müfəttişi Emin Məmmədov mənim yerimə qol çəkib. İmzanı heç olmasa mənim imzama oxşatsa dərd yarı idi. Başqa imza çəkib. Hakim soruşur ki, sizin imzanız deyil? Deyirəm ki, ümumiyyətlə, heç oxşarlığı da yoxdur… Sonra da Vergilər Nazirliyinin müfəttişi auditimizə zəng edib deyir ki, nə olardı öz boynuna götürsəydin?”.

E.Miri onu da əlavə edib ki, evində oğurluq edilib, amma üzərindən 8 ay vaxt ötməsinə baxmayaraq heç bir irəliləyiş yoxdur: “Bir Gürcüstan vətəndaşının boynuna atmaq istədilər, amma sübut tələb etdiyim üçün məsələ havada qaldı. İndi də rəhbərlik etdiyim şirkətdən dövlətin adından istifadə edənlər oğurluq etmək istəyirlər, amma buna imkan verməyəcəm. Bu qədər saxtakarlıq, oğurluq olmaz”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol