Menu

Tovuzda atasını döyüb öldürən şəxs tutulub

28.09.2015, 13:24

qetl_qan_el_sekli_00Daxili İşlər Nazirliyi Tovuzda baş vermiş qətl hadisəsi barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 27-də Tovuz rayonunun Abulbəyli kəndində yaşayan Qafur Qarayev evdə ailə-məişət münaqişəsi zəminində atası İlhamı döyüb. İlham hadisə yerində ölüb.

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q. Qarayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol