Menu

Prezidentin xanımı partlayışda xəsarət aldı

28.09.2015, 13:53
Prezidentin xanımı partlayışda xəsarət aldı

Maldiv Respublikasının prezidenti Abdulla Yaminə məxsus katerdə partlayış baş verib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, partlayış zamanı 3 nəfər, o cümlədən prezidentin həyat yoldaşı Fatimə Şafiq xəsarət alıb.

Digər xəsarət alanlar mühafizəçi və prezidentin protokol xidmətinin əməkdaşıdır. Hadisə zamanı prezident xəsarət almayıb. 2013-cü ildən Maldiv Respublikasına rəhbərlik edən Abdulla Yamin Həcc ziyarətindən yenicə qayıtmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol