Menu

Azərbaycanda İran vətəndaşı qəza törədib: yaralılar var

28.09.2015, 14:31
Azərbaycanda İran vətəndaşı qəza törədib: yaralılar var

Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 27-də saat 19 radələrində Lənkəran şəhərində şəhər sakini Mais İbrahimovun idarə etdiyi “VAZ-21063”, Liman şəhər sakini İlham Əsgərovun idarə etdiyi “VAZ-21074” və İran vətəndaşı Qəmbəri Hüseynin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə İ.Əsgərovun 2 sərnişini xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol