Almaniyanın Rusiyadakı səfiri Ryudiger fon Friç ABŞ-ın Almaniyada nüvə silahları yerləşdirməsi barədə məlumatları şərh edib.
AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, səfir bildirib ki, söhbət köhnə silahların yenilənməsindən gedir.
“Burada yeni heç nə yoxdur, heç bir yeni keyfiyyətdən, genişlənmədən söhbət getmir. Xidmət müddəti bitmiş komponentlərin yenilənməsindən söhbət gedir ki, bu, tamamilə təhlükəsizliyin qorunmasına və bu silahların təhlükəsiz vəziyyətdə qalmasına xidmət edir. Mən düşünürəm ki, bu, hamının maraqlarına cavab verir”, - deyə səfir vurğulayıb.
Bundan əvvəl ABŞ-ın Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Şelli Laver bildirib ki, yaxın illərdə B61-12 bombalarının Almaniyada yerləşdirilməsi planlaşdırılmır.


Şərhlər