Menu

Bakıda intihara cəhd etmiş qadın xəstəxanada öldü

28.09.2015, 17:47
Bakıda intihara cəhd etmiş qadın xəstəxanada öldü

Bakıda 17 gün əvvəl özünü asaraq intihara cəhd edən qadın xəstəxanada ölüb.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1965-ci il təvəllüdlü Almaz Məcid qızı Məcidova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, A. Məcidova sentyabrın 11-də Xəzər rayonu, Zirə qəsəbəsində yaşadığı evin həyətindəki tikilidə özünü asıb. O, son anda ailə üzvləri tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol