Menu

Qorbaçov yenə xəstəxanaya yerləşdirildi

28.09.2015, 18:00
Qorbaçov yenə xəstəxanaya yerləşdirildi

SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov Moskvada xəstəxanaya yerləşdirilib.

Musavat.com LifeNews-a istinadla xəbər verir ki, sabiq prezidenti sentyabrın 28-nə keçən gecə xəstəxanaya gətiriblər. Onun səhhəti pisləşib.

Qeyd edək ki, ötən ilin oktyabrında da Qorbaçov xəstəxanaya yerləşdirilmiş və müalicə almışdı. O zaman o, ürək-damar sistemindəki problemlərlə bağlı iki həftəlik reablitasiya kursu keçmişdi.

Mixail Qorbaçov 1931-ci ilin martında Stavropol diyarının Privolnoe kəndində anadan olub. MDU-nun hüquq fakültəsini bitirib. 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi, daha sonra SSRİ prezidenti olub. 1991-ci ildə SSRİ-nin süqut etməsilə vəzifəsindən gedib.

1990-cı ildə ona siyasət sahəsində Nobel mükafatı verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol