Menu

Putin Obama ilə görüşdən təəccüblənib

29.09.2015, 10:46
Putin Obama ilə görüşdən təəccüblənib

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə görüşün səmimi şəraitdə keçdiyini bəyan edib.

AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, Putin tərəflərin ümumi problemlərlə bağlı birlikdə işləyə biləcəklərini deyib.

“Obama ilə görüş çox faydalı oldu. Xüsusilə ən xoşagələn tərəfi görüşün səmimi keçməsi idi”, - deyə Putin jurnalistlərə bildirib.

Daha sonra bir də bu məsələyə qayıdan Putin görüşün səmimi keçməsinə özünün də təəccüb etdiyini vurğulayıb.

“Mənə elə gəlir ki, amerikalı tərəfdaşlarımız da bir çox məsələlərdə, o cümlədən Ukraynadakı vəziyyət və Suriya problemi üzrə öz mövqelərini aydın ortaya qoydular. Qəribə gəlsə də, bizim bir çox üst-üstə düşən nöqtələrimiz və fikirlərimiz var. Amma fikir ayrılıqlarımız da var”, - deyə Rusiya prezidenti qeyd edib.

Putin əlavə edib ki, bu fikir ayrılıqlar hamıya məlumdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol