Menu

Suriyada döyüşlərdə iştirak edən şəxslərin məhkəməsi başlayıb

29.09.2015, 11:51
Suriyada döyüşlərdə iştirak edən şəxslərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Telman Bəkirov və Mübariz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 6-na təyin olunub.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda və döyüşməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Bəkirov Telman Əvəz oğlu və Tahirov Mübariz Əmən oğlu şübhəli şəxs qismində tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol