Menu

Ərdoğandan Gülənə yeni mesaj (VİDEO)

05.02.2014, 01:54
Ərdoğandan Gülənə yeni mesaj (VİDEO)

 "Bunlarda zərrə qədər vətən sevgisi, millət sevdası yoxdur. Öz ölkəsini başqa ölkələrdə qaralamaq olarmı?"

Region Almaniyada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyada yaşayan türklərin qarşısında bir saata yaxın maraqlı və sərt çıxış edib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan AKP-dən istefa edən deputatların Gülən camaatının istiqamətləndirməsi ilə hərəkət etdiklərini önə sürüb.

Berlin şəhərində çıxış edən Ərdoğan deyib:

"Milli Bankmız olan "Xalq Bankı"nı hədəf aldılar, Milli Kəşfiyyat İdarəsini gözdən salmaq istədilər, Marmaray sürətli qatar proyektimizi dayandırmaq istədilər. Bunlarda zərrə qədər vətən sevgisi, millət sevdası yoxdur. Öz ölkəsini başqa ölkələrdə qaralamaq olarmı? Gücün çatırsa, gəl burada et. Ona-buna istefa et, deyənlər gəlsinlər, Türkiyəyə siyasəti Türkiyədə işlətsinlər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol